AFN.AZ / Bakıda daha bir sərnişin avtobusu qəza törətdi

Bakıda daha bir sərnişin avtobusu qəza törətdi

Bakıda sərnişin avtobusu qəza törədib, xəsarət alanlar var. Hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Təbriz Hüseynov idarə etdiyi 20 saylı "Daewoo" markalı avtobusla idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb.

Nəticədə, avtobusda olan sərnişinlər - 1994-cü il təvəllüdlü Qənirə Məmmədzadə, 1991-ci il təvəllüdlü Aişə Rəsulova və 1951-ci il təvəllüdlü Xuraman Cabbarova xəsarət alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır. (“Report”)
12-01-2017, 14:59
Geri qayıt