AFN.AZ / Lənkəranda dəhşətli qətl

Lənkəranda dəhşətli qətl



Lənkəranda qətl hadisəsi baş verib.



"Report" xəbər verir ki, hadisə Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi, 13 ünvanında qeydə alınıb.

İlkin məlumata görə, 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ailə münaqişəsi zəminində həyat yoldaşı - Lerik rayonu, Mastail kənd sakini, 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlixan oğlu tərəfindən balta ilə qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
19-06-2017, 13:26
Geri qayıt