Şəbnəmin sevgilisinin kimliyi bilindi: 3 uşaq atası, hacı, iş adamı...


Müğənni Şəbnəm Əsədovanın 3 aylıq hamilə olduğu haqda xəbər yayılıb. "Qafqazinfo" müğənninin Rafiq adlı şəxsdən hamilə olduğunu və onların vətəndaş nikahında yaşadığını qeyd edib.

Musavat.com isə Rafiq adlı şəxslə bağlı məlumat əldə edib. İş adamı olan şəxs ətrafında hacı Rafiq kimi tanınır. Onun metronun "Memar Əcəmi" stansiyası yaxınlığında obyektləri var. Hacı Rafiqin Bakının bir neçə yerində geyim mağazalarının olduğu da söylənilir. Deyilənə görə, o, Şəbnəmlə xeyli müddət öncə tanış olub. Hacı Rafiq müğənni sevgilisi üçün 3-cü mikrorayon dairəsinin yaxınlığında dəbdəbəli ev alıb. Hazırda Şəbnəmlə o evdə yaşayırlar.

Mənbə bildirir ki, hacı Rafiq ailəlidir, 3 övlad atasıdır. Onun təxminən 45 yaşının olduğu deyilir. Rafiq əslən Füzulidəndir. Füzuli rayonu işğal edildikdən sonra ailəsi ilə birlikdə Beyləqan rayonunda məskunlaşıb. Özünün isə Xırdalan qəsəbəsində yaşadığı deyilir.

Müğənni Şəbnəm Əsədova şəxsi həyatı barəsində yayılan son, ilginc məlumatlarla bağlı müsavat.com-a açıqlama verib. Müğənni barəsində yayılan məlumatları hiddətlə qarşılayıb: "Bəli, Hacı Rafiq mənim ərimdir, tezliklə oğlumuz olacaq. Mənim şəxsi həyatım nə yaman bəzilərinin gözünü çıxardıb?! Ay bala, ailə qura, uşaq doğa bilmərik? Bu günün gündəmi Şəbnəm olub? Başqa mövzu yoxdur yazmağa? Başa düşə bilmirəm, nə istəyirlər məndən? Efirə də çıxa bilmirəm bunların əlindən, efirlərdən imtina edirəm artıq son vaxtlar. Evdə mənim ata-anam var, özüm də ailəliyəm. Ərimi reklam etməliyəm hamıya? Bəli, hamiləyəm, uşaq doğmaq qadının peşəsidir də. Təbii ki, ərim də ailəm də, əslim-köküm də var, göbələk deyilik ki, yerdən çıxmış olaq. Famil mənim ilk həyat yoldaşım olub, mehribançılıqla ayrılmışıq. Bu, çoxdan olub, 4-5 il bundan əvvəl. Mən artıq ikinci dəfə həyat qurmuşam, o da öz əmimoğludur. Yəni, Hacı Rafiq mənim yoldaşım, öz əmimoğludur, əsli-kökü də tovuzludur. Kim deyir ki, o, beyləqanlıdır?”

Müğənni həyat yoldaşının ailəli, 3 övladı olduğu barədə şayiələrə də aydınlıq gətirib: "Bəli, ailəli olub, ayrılıb, övladı da yoxdur. Onunla 4 ildir ki, ailəliyik. Nikahımızı toy kimi, banket şəkilində, 60-70 nəfərlik etmişik, gəlinlik də geyinmişəm. Lakin mediaya bu barədə məlumat verilməyib. Amma mən indi məcburam ki, o nikah şəkillərindən yayım, yoldaşımın üzü görünməsə də. Qoy bir-ikisi sakit olsun... Deyirlər ki, 45 yaşı var. Adamın 40 yaşı yoxdur heç, yeni doğulacaq körpəsini gözləyir”.

Şəbnəm Tovuzlu mətbuatdakı yazılarda ərinin başqası ilə səhv salındığını da qeyd etdi: "Yazılarda qeyd olunan başqa Hacı Rafiqdir. Mənim yoldaşımın obyektləri "Memar Əcəmi”də deyil, "Tarqovı”da, "İçərişəhər”də və Moskvada var. O, Surqutda yaşayan adam olub. Bizim müğənnilərin çoxunun birinci ailəsi dağılıb, sonra da ailə qurub, burda nə var ki. Bizim də uşağımız olacaq, əsilli-köklü adamıq. Həyat yoldaşım iki ildir Həcc ziyarətinə gedib-gəlib, din adamıdır. Başqa bir Hacı Rafiq də var. Ola bilsin ki, o adam bir qədər məşhurdur deyə, onunla səhv salınıb. Bəli, o adamın övladları var, özü də beyləqanlıdır. Mənim yoldaşım o deyil. Hacılar min dənə var, elə Hacı Rafiq də var... Bu cür şayiələrin yayılmasında evimə gəlib-gedən 4-5 adamdan şübhələnməyə başlamışam. Artıq onların da ayağı kəsiləcək mənim evimdən və gələ bilməzlər. Baxın, rəqqasə Fatimə xanımın övladının atasını tanıyırsız? Əlbəttə ki, yox, amma gündəmdə deyil. Bəs niyə məhz mən? Deməli, aralarda gözü götürməyənlər, satqınlar var”.(365.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu