Ancelina Coliyə evlilik təklifi: "Uşaqları da götür, gəl"


Bred Pitlə boşanma ərəfəsində olan Ancelina Coliyə evlilik təklifi edilib.

Rusiya mətbuatının məlumatına görə, 67 yaşlı rus yazıçı Valeriy Zelenoqorski aktrisaya evliliklə yanaşı Rusiya vətəndaşlığı və kürk vəd edib.

O, 41 yaşlı aktrisaya açıq məktub yazaraq qeyd edib: "Bredi boş verin, o, sizə layiq deyil. Uşaqlarınızla birlikdə Kolomnoya, yanıma gəlib birlikdə krallar kimi yaşayaq. Tək yaşayan dul kişiyəm. Uşaqlara baxçada oynayar, siz də evinizdə oturar və nəhayət insan kimi yaşayarsınız. Yoxsul deyiləm, bazarda dörd dükanım, bağ evim, tarlam, qayığım və iki avtomobilim var. Stiven Siqal, Jerar Depardye də Rusiya vətəndaşlığı aldı. Sən də gəlib bizim yerli aktyorlarla seriallarda çəkilərsən. Güclü insanam, yeni uşaqlarımız olar. Hər şeyi hesablamışam. Sənə qış da kürk də alaram. Çox gec olmadan qərarını ver". (axsam.az)

Ancelina Coliyə evlilik təklifi:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu