"Recep İvedik"dən azərbaycanlılara: "Qardaş ölkəyə yanlış olmaz"




Məlumat verdiyimiz kimi, aktyor Şahan Gökbaharın yeni filmi "Recep İvedik 5"in treyleri yayımlanıb.

Filmin fraqmentdəki bəzi səhnələri sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Belə ki, idmançı rolunu canlandıran aktyorun filmdə azərbaycanlı boksçu ilə mübarizəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Sözügedən səhnədə Recep İvedik azərbaycanlı boksçunu döyərək rinqin bir küncünə atır.

Bununla bağlı, Şahan İnstaqram hesabında azərbaycanıların onun ünvanına yazdığı tənqidlərə cavab verib. O, bildirib ki, fraqmentdə hadisələr yarımçıq verilib:

"Biz kədərləndirmək üçün deyil, güldürmək üçün varıq. Bizdən qardaş ölkəyə səhv addım olmaz. Fraqmentdə sadəcə son bölüm paylaşıldığı üçün səhnəni başqa istiqamətdə başa düşmüsünüz. Azərbaycandakı sevənlərimizə qovuşmağa can atırıq. Hamınızı sevirik".

Daha sonra aktyorun hesabında yerləşdirdiyi bütöv videoya baxdıqda, görünür ki, orada Rəcəp bir-birimizə vurmayaq deyir. Bundan sonra azərbaycanlı boksçu onun sifətinə iki dəfə vurur və "Mən burda cəng etməyə gəlmişəm", söyləyir. O zaman Rəcəb də ona cavab verir.

Qeyd edək ki, əvvəlki hissələri ilə izlənmə rekordları qıran film fevralın 17-də təqdimatı olacaq.

Xatırladaq ki, bir müddət öncə aktyor sosial şəbəkə hesabında filmin çəkilişlərinin bitdiyini və gələn ay təqdimat mərasiminin olacağını bildirmişdi. (axsam.az)

[media=https://www.youtube.com/watch?v=oR_jS4OtTps]




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu