“Vatan kokusu”nun Muğla Universitetndə imza mərasimi olub- FOTOLAR



Muğla valisi, bələdiyyə başqanının müavini, Muğla Sıtkı Kocaman Universitetinin rektoru, universitetin alimlərinin, tələbələrin, QHT və KİV rəsmilərinin iştirakı ilə keçirilən təqdimat və imza mərasimində Türk millətinin gənc nəsilləri üçün kitabın önəmi xüsusi vurğulanıb.

İmza mərasiminə böyük diqqət göstərək iştirak edənlərə və təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva Axısxa Türklərinin öz vətənlərindən zorla sürgününü qələmə aldığı “Vatan kokusu” kitabı barədə məlumat verib və gənclərin iştirakı ilə imza mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan millət vəkili Q. Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki dünyanın harasında doğulub harasında yaşamasından asılı olmayaraq hər bir Türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabın gənclərimiz arasında Axısxa Türklərini daha yaxşı tanımağa öz töhvəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva “inşallah gələn tədbirlərimizdə Axısxada, işğaldan azad edəcəyimiz Azərbaycan torpaqlarında görüşək” deyib.

Millət vəkili Q.Paşayeva tədbir iştirakçıları üçün kitablarını imzalayıb və bir sıra Türk toplumlarının QHT rəhbərləri, aydınları ilə görüşərək fikir mübadiləsi də aparıb.


























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu