Cəbiş müəllimin arvadının xəyanət görüntüləri- VİDEO




Bir neçə il əvvəl Kulis.Az saytı “Bizim Cəbiş müəllim” filminin sonluğu barədə kino kuluarlarında gəzən söhbətləri xəbərləmişdi.

Saytın yazdığına görə, “Bizim Cəbiş müəllim” filmi belə bitməməliymiş. Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır.

Filmin ssenari müəllifi, Xalq yazıçısı Maqsud İbrahimbəyov bu iddiaları təkzib edərək filmin məhz onun yazdığı kimi bitdiyini deyirdi.

Lakin dünən tədqiqatçı Füzuli Sabiroğlunun "Youtube-"ə yüklədiyi bir video bu köhnə şayiəni yenidən aktuallaşdırır.
Belə ki, aşağıda təqdim olunan kadrda Sovet dövrü üçün intim sayıla biləcək bir səhnə çəkilib. Hələ bu azmış kimi, həmin səhnədən anons məqsədi ilə də istifadə olunub. Lakin həmin səhnə filmə salınmayıb.

“Qafqazinfo” qalmaqallı filmlə bağlı ekran işinin əsas qəhrəmanı, Cəbiş müəllimin həyat yoldaşı rolunun ifaçısı Şəfiqə Məmmədova ilə əlaqə saxlayıb.

Xalq artisti həmin məsələni aktuallaşdıranları səviyyəsiz adlandırıb:

“Film 1969-cu ildə çəkilib, yayımlanıb. İllər boyu insanlar bu filmə baxıb və baxır. Kim necə yozursa, yozsun. Onlar özləri istədikləri kimi film çəkərlər. Bu filmdə belə məqsəd güdülməyib, elə səhnələr nəzərdə tutulmayıb. Ssenari məndə, arxivimdədir. Yaradıcılıqda hər şey ola bilər. Yaradıcılıq prosessində nə yaranırsa, artıq filmdə əks tapır. İnsanlar bu səviyyədədir ki, 69-cu ilin filmini qurdalayır?

Böyük insanların ərsəyə gətirdiyi, gözəl aktyorların rol aldığı filmi qurdalayır? Kimsə elə yozmaq istəyirsə, belə səhnələri görmək istəyirsə, reallaşdırar. Bu, onların səviyyəsizliyidir. Həmin görüntülər filmə salınmayıb, burda nə var ki? Yaradıcı insanlar elə görməyib deyə, filmə salmayıblar. Bu, nə səviyyəsizlikdir?”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu