Avinash Sachdev: "Fəxr edirəm ki, Rac Kapurdan sonra Azərbaycana gələn ikinci aktyoram"- FOTOLAR




Bakıda qonaq olan məşhur hind aktyoru Avinaş Saçdevlə "Fairmont-Baku" otelində media mənsubları ilə görüş keçirilib.

Aktyor ilk öncə onu Azərbaycana dəvət etdiyinə görə Azərbaycan-Türkiyə evinin sədri Tənzilə Rüstəmxanlıya təşəkkürünü bildirib. O, bütün media işçilərini Ramazan bayramı münasibətilə təbrik edib. Azərbaycanla bağlı təəssüratını bölüşən aktyor səfərindən qürur hissi keçirtdiyini dilə gətirib: “Bilirdim ki, Azərbaycan çox maraqlı ölkədir və xoşuma gələcək. Həqiqətən də Azərbaycan təsəvvürümdəki kimidir. Burda olduğum müddətdə mən Bakıya vuruldum”. Aktyor çəkildiyi filmlərdəki obrazlarından da danışıb: “Mən oynadığım rolları ruhən yaşayıram, əgər hər hansı bir qəhrəmanın uğuruna inanıramsa, mütləq o uğura da nail oluram.”

Hindistanın məşhur aktyoru jurnalistlərin suallarına cavab verərkən şəxsi xüsusiyyətlərindən də söz açıb: “Mən tənbələm, amma işimi sevirəm. Çox istərdim ki, Azərbaycanda da bir filmə çəkilim. Amma bunun üçün mütləq sizin dili öyrənməliyəm.”

Avinaş Saçdev yaradıcılıq yeniliklərindən də danışıb: “Avqustda yeni bir veriliş hazırlayacam. Ümid edirəm ki, pərəstişkarlarımı sevindirə biləcəm.”
Sonda aktyor ürək sözlərini bildirinb: “Deyilənə görə, mən Rac Kapurdan sonra Azərbaycanda olan ikinci hind aktyoruyam. Bu, mənim üçün bir şərəfdir. Özümü Azərbaycan-Hindistan dostluğunun zirvəsində hesab edirəm. Bakıda olduğum üçün xoşbəxtəm”.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib. Qeyd edək ki, aktyorun pərəstişkarları ilə imza mərasimi sabah – 28 iyun saat 18.00-da Nizami Kino Mərkəzində keçiriləcək. Giriş pulsuzdur!


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu