Mənzil İnşaatı Dövlət Agentliyinə mətbuat katibi təyin edilib


Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, MİDA-nın yeni mətbuat xidmətinə Diana Dadaşova başçılıq edəcək.
Qeyd edək ki, ANS TV-nin aparıcısı olan, 2015-ci il oktyabrından isə həm də www.anspress.com saytında redaktor vəzifəsində çalışan D.Dadaşova 1988-ci il təvəllüdlüdür. O, 2010-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr, 2013-cü ildə isə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə bitirib.
ANS TV-də "Hesab vaxtı" verilişində aparıcı vəzifəsində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu