ANS-in məhkəməsi oldu


Bu gün Nərimanov rayon məhkəməsində ANS şirkətlər qrupunun AzNews.az saytına qarşı qaldırdığı iddia ərizəsi əsasında növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə ANS-in linqvistik məhkəməyə müraciəti ilə bağlı ekspertiza rəyi açıqlanıb. Ekspertiza saytda 9 yanvar 2016-ci il tarixli “Vahid Mustafayevin biznesi çökür, kütləvi ixtisarlar başlayır” başlıqlı və 12 avqust 2015-ci il tarixli “Vahid Mustafayevin yaxın qohumu istefa verir və ANS-də nə baş verir” başlıqlı məqalələrdə ANS şirkətlər qrupunun şərəf və ləyaqətinin pozulması və işgüzar nüfuzunu ləkələyən hər hansı ifadə olmadığına qərar verib.
Bundan əlavə, qarşı tərəf məhkəmədə iştirak etmədiyi üçün iş baxılmamış saxlanılıb.
AzNews.az-ın vəkili Səməd Vəkilov bildirib ki, məhkəmə ekspertizanın bu rəyindən sonra, çox güman ki, işi rədd edəcək.
Qeyd edək ki, ANS saytımızda yayımlanan “Vahid Mustafayevin biznesi çökür, kütləvi ixtisarlar başlayır” və “Vahid Mustafayevin yaxın qohumu istefa verir və ANS-də nə baş verir” başlıqlı məqalələrə görə məhkəməyə müraciət edib. Şirkət saytımızı şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələməkdə ittiham edir və 60 min manat məbləğində təzminat tələb edirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu