ANS-də fövqəladə toplantı- Mirşahindən ilk reaksiya


Hazırda ANS TV-də fövqəladə toplantı keçirilir.

Məlumata görə, telekanalın rəhbərliyinin toplantısından sonra məsələ ilə bağlı bəyanat veriləcək.

Müxtəlif KİV nümayəndələri toplantının yekununu gözləyirlər.

ANS-in vitse-prezidenti Mirşahin Ağayev jurnalistlərə açıqlama verib: "Məlumdur ki, məhkəmə ANS TV-nin fəaliyyətinə xitam verib. Təbii ki, biz bununla razılaşmırıq. Müvafiq instansiyasılara müraciət edəcəyik".

Qeyd edək ki, bu gün məhkəmə ANS TV-nin lisenziyasına xitam verib. (Musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu