“Zərdabi” mükafatı “reket” jurnalistə niyə verilib?


Bir müddət öncə Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan Jurnalistlər Birliyi jurnalistləri “Həsən Bəy Zərdabi” mükafatı ilə təltif etdi. Ancaq mükafat alan jurnalistlər arasında vaxtilə parlamentdə “reket”çiliklə məşğul olduğuna görə, akkreditasiyası ləğv edilən jurnalist də olub.

Məsələ ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri, Zərdabi mükafatını jurnalistlərə şəxsən təqdim edən Elçin Şıxlı fikirlərini bildirib.

Onun sözlərinə görə, “Zərdabi” mükafatı təqdim etdiyi jurnalistlərin çoxunu tanımır:

““Zərdabi” mükafatı alan jurnalistlərin çoxunu mən ilk dəfə idi görürdüm və heç onları tanımıram. Mən adamın gördüyü işə, yazdığı kitaba görə ona qiymət vermişəm. Bu gün Azərbaycanda 125 jurnalist təşkilatı var. Kiminsə hansısa jurnalist təşkilatından “reket”çilik üstündə görə uzaqlaşdırılmasını mən bilməliyəm ki?”

Hər halda kiməsə Zərdabi mükafatı təqdim vermişəmsə o adam bu mükafata layiq olub. Hansı jurnalistin harada, necə, reketçilik etməsi haqqında məlumatım yoxdur. Hansısa jurnalistin haradan və nəyin üstündə uzaqlaşdırıldığını da bilmirəm”-deyə Elçin Şıxlı bildirib.

Qeyd edək ki, bu il Ülkər Əliyeva mədəniyyət sahəsində elmi araşdırmalarına, İrina Kalaşnikova ("Novosti Qyandji" qəzeti) region mətbuatının inkişafındakı xidmətlərinə, Zöhrə Əsgərova "Tarixi yaddaş və qondarma əhvalatlar" kitabına, Sadiq Gözəlov (DİN Mətbuat xidməti) ictimaiyyət mətbuatla əlaqələrin qurulmasındakı fəaliyyətinə, Ələsgər Məmmədli media hüquq sahəsində araşdırmalarına və jurnalist hüquqlarının ardıcıl müdafiəsinə, Rəşad Məmmədov (Şəki TV) region televiziyasının inkişafına verdiyi dəstəyə, Xatirə Rəhimli (hərbi jurnalist) döyüş bölgələrindən hazırladığı reportaj və məqalələrinə görə həmin mükafat ilə təltif edilib.

Mükafatçılar sırasında köşə yazıları ilə tanınan Zümrüd Yağmur (Azadlıq qəzeti), ANS-in efirində gedən "Beş barmaq" proqramının müəllifi və aparıcısı Ülvira Qarayeva, "Fashion Passage" jurnalının redaktoru Nərminə Ağası, "Xalq qəzeti"nin əməkdaşı Vaqif Bayramov, uğurlu radio layihəsinə görə "Media FM" radiosunun təsisçisi Tural Əliyev də olub. (Modern.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu