Sentyabr ayında Azərbaycanda kompüter oyunları üzrə çempionat keçiriləcək


Çempionatın finalı sentyabrın 3-4-də Badamdar hotelində baş tutacaq.

Sentyabrın 2-4-də Bakıda kompüter oyunları üzrə X milli çempionatı keçiriləcək.
Bu barədə Azərbaycan Kiberidman Federasiyasına xəbər verir.
Çempionat aşağıdakı oyunlar üzrə keçiriləcək: FIFA, "HearthStone", "Counter Strike: Global Offensive", "DOTA 2", "PointBlank", "League of Legends".
Yarışda iştirak məqsədilə qeydiyyatdan keçmək üçün son tarix 22 avqustdur. Çempionatın finalı sentyabrın 3-4-də "Badamdar" hotelində baş tutacaq.
Çempionat Azərbaycan Kiberidman Federasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu