"Röya efirə içkili çıxıbsa..."- MTRŞ işə qarışdı


"Bu gün və bazar ertəsi qeyri iş günü olduğundan "Xəzər" televiziyasında yayımlanan əməkdar artist Röyanın da qatıldığı "Nəsib olsa" verlişində qanunsuzluğa yol verilməsi və qeyri-etik ifadələr işlənməsi ilə əlaqədar MTRŞ tərəfindən monitorinq aparılacaq".

Bu sözləri açıqlamasında Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev deyib. Onun sözlərinə görə, proqramda qayda pozuntusu aşkar edildiyi halda Milli Televiziya və Radio Şurası tərəfindən arayış təqdim olunacaq. Verilişdə qanunsuzluğa yol verildiyinə görə bu məsələ müzakirə predmeti olacaq.

MTRŞ rəsmisi əlavə edib ki, televiziyalarda proqramlar yayımlandığı vaxtdan bir gün sonra MTRŞ yayımlanan proqramlarda qanunsuzluq olub -olmaması ilə bağlı monitorinq aparır.

"Ümumiyyətlə MTRŞ tərəfindən gün ərzində efirdə yayımlanan proqramlarda qayda pozuntuları olması ilə bağlı hər gün bütün kanalların efirinin monitorinqi aparılır. Nəticələr ümumiləşdirildikdən sonra müvafiq addımlar atılır" - Q.Cəbiyev vurğulayıb.

Qeyd edək ki, ötən gün müğənni Röya Ayxan "Xəzər" televiziyasında ilk efir günü yayımlanan "Nəsib olsa" verilişinin qonağı olub. Müğənni proqramda tez-tez aparıcının sözünü kəsib, qonaqlara replikalar atıb və hədiyyə qutusuna təpik vurub.

Röya öncə onun adı yazılan gül qutusunu təpikləyib. O, "Məhəbbət, ehtiras... Kamal, bas bağla. Harada kişi varsa, orada ehtiras var. İnsanlar qayğı içindədir. Onlara sevgi, ehtiras lazımdır", - deyə bildirib.

Müğənni daha sonra aparıcı Zaur Kamalla danışan aparıcının sözünü kəsib. O, deyib ki, Zaur qocalmır. O, harada yatır? Soyuducuda necə dərəcədə qalır ki, qocalmır? 10 ildir ki, səhnədəyəm. Zauru uşaqlıqdan izləyirəm. Zaurdan soruşmaq istəyirəm ki, nə zaman öləcək?"

Röyanın bu addımı birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun efirə içkili çıxdığını iddia edib.(sonxeber.az)

[media=https://www.youtube.com/watch?v=OBVxDinQR-I]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu