ATV-nin aparıcısı təxirə düşən süjetlərlə bağlı açıqlama yaydı


ATV kanalının aparıcısı Ceyhun Səfər dünən kanalın xəbərlər proqramında yaranmış texniki qüsurla bağlı açıqlama yayıb.

Teleaparıcı öz facebook səhifəsində bu barədə status yazıb: "Dostlar, dünən ATV-nin 20:30 buraxılışında baş verən texniki qüsur hər bir kanalda ola bilər. Bu qaçılmaz hadisədir. Sığortalanmaq olmaz. Bu heç də yazıldığı kimi "tilsim"ə düşmək deyil. Gördüyünüz bu efir heyətimizlə istənilən texniki qüsura qalib gələ bilərik. Amma bir daha tamaşaçılara təşəkkür edirəm. Çünki daim izlədikləri kanalda xırda bir nasazlıq onları da narahat edir, dərhal maraqlandırır. ATV baxıldıqca baxılır. Efirdə texniki qüsur olsa belə. Gələn efirlərimizdə görüşənədək. Bu gün saat 18:00-da da görüşünüzə gələcəm. Siz kanalı dəyişməyin. Çünki dünən baxa bilmədikləriniz bu gün sizin TV-nin ekranına gələcək. Çox sağ olun!".
Qeyd edək ki, dünən ATV kanalının xəbərlər proqramında aparıcı xəbəri oxusa da, süjet efirə getməyib. Aparıcı tamaşaçılardan üzr istəyərək növbəti reportajı təqdim edəcəklərini söz verib və sıradakı məlumatı oxumağa başlayıb. Xarici xəbərlər isə yarımçıq qalıb və onu vaxtsız reklam əvəz edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu