“Space”in eks-nişanlı cütlüyü verilişin bağlanmasından danışdı


Xəbər verdiyimiz kimi, Space televiziyasında yayımlanan “Bu, maraqlıdır” verilişi bağlanıb.

Kanaldan verilən məlumata görə, mövzu qıtlığından müəyyən zövqsüzlüyə yol verilib və televiziya rəhbərliyi bu halın tendensiya xarakteri daşımaması üçün proqramın bağlanması barədə qərar verib.

“Qafqazinfo” məsələ ilə bağlı layihənin aparıcısı Ülviyyə Əliyeva ilə əlaqə saxlayıb.

Aktrisa-aparıcı bu mövzuda çox danışmaq istəmədiyini bildirib:

“Olan olub. Siz verilişə başdan ayağa baxmısız? Xahiş edirəm ki, 4-cü efirə baxın. Mənə hər kəsin fikri maraqlıdır. Jurnalist kimi fikirləriniz qeyd edin. Diqqətinizə görə təşəkkür edirik, bizi tək qoymadız”.

“Bu, maraqlıdır”ın digər aparıcısı Ramiz Alışov isə “Qafqazinfo”ya açıqlamasında rəhbərliyin qərarı ilə razılaşdığını söyləyib:

“Mənə maraqlıdır ki, videolar paylaşılanda, xəbər yerləşdiriləndə heç kəs bizim fikrimizi soruşmadı, jurnalistlər zəng vurub münasibətimizi öyrənmədi. Hər halda bizi tapa bilərdilər. Biz Space TV-nin qərarı ilə razılaşırıq. Kanal rəhbərliyi düzgün açıqlama verib. Biz nə deyə bilərik? Ülviyyə xanımda bu barədə danışmaq istəmir”.

Qeyd edək ki, verilişin aparıcıları Ramiz Alışov və Ülviyyə Əliyeva bir müddət əvvəl nişanlanmış, ötən il isə münasibətlərinə son qoymuşdular.

[media=https://www.youtube.com/watch?time_continue=6&v=yGtcrUfb_Y4]








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu