Nazirin adından məqaləni kim yazıb?- "Respublika"nın cavabı


“Heç görmüsünüzmü ki, nə vaxtsa “Respublika” qəzetində kiminsə adından məqalə yazılsın?”

Bunu “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov qəzetdə təhsil naziri Mikayıl Cabbarovun imzası ilə dərc olunan məqaləyə münasibət bildirərkən deyib.

Baş redaktor məqalənin M.Cabbarova məxsus olmaması haqda nazirliyin ittihamına cavab olaraq bildirib: “Məsələni yerində həll etmək üçün təcili nazirliyə zəng etdim, olub bitənlərdən xəbərdar etdim. Həmin yazı bizim sifarişimizlə nazirliyin aparatında yazılıb və elektron formada məsul işçi tərəfindən bizə göndərilib. Mən başa düşə bilmirəm ki, indi niyə belə şou göstərirlər. Görünür, nazirliyin mətbuat xidməti işini bilmir. Nazirin yanında özlərini yaxşı göstərmək üçün, bu cür informasiyalar yayırlar. Mən bu qəzetin baş redaktoruyamsa, deməli, heç kimin icazəsi, xəbəri olmadan onun adından hansısa yazı çap etmərik”.

Təhsil Nazirlinin mətbuat xidmətindən saytımıza bildirilib ki, məsələ aydınlaşdırıldıqdan sonra mətbuata ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Respublika” qəzetinin bugünkü sayında müəllifi təhsil naziri Mikayıl Cabbarov göstərilən məqalə çap olunub. Təhsil Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, rəsmi dövlət qəzatində çap olunan yazının nazirə aidiyyatı yoxdur:

““Respublika” qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazı dərc edilib.

Təhsil Nazirliyinin mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu