Türkiyənin "Milyonçu" verilişində Şəki ləhcəsində proqnoz


Şəkidə fəaliyyət göstərən Kanal S televiziyasının 2014-cü il martın 8-də efirə verdiyi hava proqnozu o qədər maraqlı və orijinal olub ki, həmin kadrlar artıq Türkiyə kanallarına ayaq açıb.

AFN.az anspress-ə istinadən bildirir ki, Türkiyədə yayımlanan "Milyonçu" şousunda Şəki ləhcəsində səsləndirilən hava proqnozu sual formasında qoyulub.

Və danışığın hansı sahəyə aid olduğu soruşulub.

Şəki kanalında səsləndirilən hava proqnozunun verilişdə səsləndirilməsi aparıcı başda olmaq şouda iştirak edən şəxsin və zaldakıların gülüşünə səbəb olub.

Qeyd edək ki, suala düzgün cavab verən şou iştirakçısı 3 min lirə qazanıb.

[media=https://www.youtube.com/watch?v=TZNiPyr4fGY]

[media=https://www.youtube.com/watch?v=wFsfz6Jgils]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu