Jurnalist yeni kitabını təqdim edəcək


Peşəkar jurnalist, ARB televiziyasının redaktoru Səfurə Çərkəzqızı yenicə çapdan çıxmış “Sevdalılar” adlı kitabını oxuculara təqdim edəcək.

Müəllifin ikinci kitabı olan “Sevdalılar” altı bölümdən ibarətdir. “Fələyin hökmü”, “İncə məqamlar”, “Eşq havası”, “Statusdan kənar”, “Tanrı üçbucağı”, “Zamansızlar” adlanan bu bölümlər oxuculara tarixi səxsiyyətlərin, qələm sahiblərinin, sənət adamlarının, siyasətçilərin, dövlət xadimlərinin həyatı, yaradıcılığı, sirli sevgiləri ilə bağlı maraqlı bilgilər verəcək.

Kitabın təqdimatı dekabrın 10-u, saat 15:00-da, Gənc Tamaşaçılar Teatrında olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu