Azexport.az portalı təqdim olundu

Xəbərin çap versiyası
Tarix: 20-12-2016, 17:50    |    Xəbər oxunub: 130 dəfə
Azexport.az portalı təqdim olundu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalının 20 dekabr 2016-cı il tarixində ADA Universitetində təqdimat mərasimi keçirilib. AMCHAM-ın dəstəyi ilə keçirilən təqdimat mərasimində çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır: "Azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını bütün dünyaya sərgiləyir. Dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə Azexport.az-a inteqrasiya olunublar. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli, hər yerdə və həmişə olmaqla Azexport.az vasitəsilə "Made in Azerbaijan" brendi alıcılara yaxınlaşdırılır."

Daha sonra Azexport.az portalının meneceri Zaur Qardaşov portalın mahiyyəti və onun imkanları barədə təqdimat edib. Portalın funksionallığı , Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edilib. Zaur Qardaşov həmçinin portala inteqrasiya olunmuş milli və beynəlxalq odəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxaq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verib.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycandan ixracın genişlənməsi istiqamətində “Azexport.az “saytının imkanlarını yüksək qiymətləndirərək, verəcəyi töhfələrdən bəhs edib. Sahibkarlığın inkişafının yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayan komitə sədri bildirib ki, cari ilin əvvəlindən uğurla reallaşan islahatların əsas prioritetlərindən biri məhz ixracın genişləndirilməsi, Azərbaycan brendi ilə qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülməkdədir. Azexport.az saytı da bu baxımdan əhəmiyyətli missiya həyata keçirəcək.”

Daha sonra kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov çıxış edib. O deyib ki, Sahibkarlar Azərbaycanda ixrac sahəsində tədarük, logistika imkanlarının aşağı olması və istehsal xərclərinin daha yüksək olması əsas problem hesab edirlər. Buna görə də Azexport.az portalının texniki imkanları müvafiq logistika infrastrukturunun formalaşmasına, dünyada baş verən proseslərin çevik çatdırılmasına və buna daha tez reaksiya verməyə imkan yaradacaq.

AMCHAM-ın prezidenti İlqar Vəliyev bildirib ki, imkanların daim artan xətt üzrə inkişaf etməsi ölkəmizdə də həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Azexport.az platforması isə öz növbəsində ölkənin ixrac potensialının artırılmasına dəstək verməkdə xüsusi əhəmiyyət kəsb edir. “Artıq sahibkarlar öz məhsullarını xarici ölkələrdə seçdiyi bazarlara daha rahat şəkildə çıxara biləcəklər. Adıçəkilən portal həmçinin “Made in Azerbaijan" brendinin xarici bazarlarda daha da məşhurlaşması üçün əvəzsiz rol oynayacaqdır. Sahibkarlar isə əvvəlki dövrlərdən fərqli olaraq öz məhsullarını tanıtmaq üçün bir çox əlavə xərclərdən də azad olacaqdır ki, bu da onlar üçün böyük stimul rolunu oynayacaqdır. Azərbaycanın onun əsas tərəfdaşları ilə ixrac sahəsində əlaqələr qurmasına yönələn layihə kimi bu portal ölkəmizin ixrac mövqelərini də möhkəmləndirəcək.»

“Azərsun” Holdinqin prezidenti "Azərsun Holdinq"in prezidenti Abdolbari Goozal Azexport.az saytının Azərbaycanda satış həcminin artırılması istiqamətində nəzərəçarpan nailiyyətlətə vəsilə olacağı qənaətindədir. Artıq bir neçə ölkədə təmsilçilikərin mövcud olduğunu deyən Savaş Uzan əlavə edib ki, Azexport.az vasitəsi ilə yerli məhsulların xarici bazarlara çıxarılması istiqamətində dövlət başçısının yaratdığı imkanlardan faydalanaraq, ixrac potensialının artırılması üçün tədbirlər həyata keçiriləcək. “Azərsun” Holdinq bundan sonra da Azexport.az portalının məhsulların yerləşdirilməsi və tanıdılması, eləcə də məlumat bazasının yenilənməsi kimi yaratdığı fürsətdən maksimum şəkildə faydalanacaq. Biz çox şadıq ki, “Azərsun Holdinq” məhsulları Azexport.az vasitəsi ilə xaricdə təmsil olunacaq”. “

GoldenPay “şirkətinin idarəedici partnyoru Fərid İsmayılzadə bildirib ki, Azərbaycanın ən böyük internet şirkəti olaraq belə bir tədbirdə iştirak etmək təmsil etdiyi qurumun strateji hədəflərinə daxildir. “Biz Azexport.az portalına dəstəyi yalnız iştirakla məhdudlaşdırmaq istəmirik. Onun uğurlu olması üçün təcrübəmizi , texniki və digər imkanları bölüşməyə hazırıq. Hesab edirəm ki, portalın xaricdə tanıdılması xüsusilə vacibdir. ”

Sonda Azexport.az resursuna aid video-çarx nümayiş etdirilib. Video-çarxda BMT İnkişaf Proqramının mütəxəssisi Goran Sumkovski, Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun direktoru Tunc Uyanık, all.biz alqı-satqı platformasının nümayəndəsi Rüxsarə Ramazanova, alibaba.com Qlobal Partnerinin Baş meneceri Fren Chin çıxış edərək Azexport.az portalı ilə əməkdaşlıqlarını qeyd ediblər, eləcə də portalın Azərbaycanda biznesin inkişafına dəstək olacağına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, Azexport.az saytı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı əsasında yaradılmışdır.

Tədbirdə dövlət qurumlarının, biznes qurumlarının, vətəndaş cəmiyyətinin, yerli icra orqanlarının eləcə də KİV nümayəndələri iştirak edib.

Azexport.az portalı təqdim olundu

Azexport.az portalı təqdim olundu

Azexport.az portalı təqdim olundu

Azexport.az portalı təqdim olundu

Azexport.az portalı təqdim olundu


AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur