Bəzi saytların üzərinə məhdudiyyət qoyuldu

Xəbərin çap versiyası
Tarix: 22-12-2016, 21:35    |    Xəbər oxunub: 147 dəfə
Bəzi saytların üzərinə məhdudiyyət qoyuldu “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 1 iyun tarixli fərmanına uyğun olaraq “ASAN Viza” sisteminin yaradılması təmin edilib, www.evisa.gov.az portalı vasitəsilə elektron vizaların verilməsinə başlanılıb.

“ASAN Xidmət”in İnformasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, lakin bununla belə, oxşar saytlar vasitəsilə Azərbaycana gəlmək istəyən əcnəbilərə elektron vizaların verilməsi xidməti həyata keçirilirdi.

“Həmin saytlar dövlətin rəsmi elektron viza portalı təəssüratı yaradaraq, e-viza xidmətlərini qanunvericilikdə müəyyən edilən prosedurlardan fərqli, nəzərdə tutulan dövlət rüsumundan isə dəfələrlə artıq ödəniş almaqla həyata keçiriblər. Bu da öz növbəsində elektron viza almaq üçün müraciət edən şəxslərdə çaşqınlıq yaradıb və haqlı olaraq kütləvi narazılığa səbəb olub. Azərbaycana gəlmək üçün elektron vizanın verilməsi dövlətin müstəsna səlahiyyətidir və bu cür hallar isə ölkənin imicinə zərər verən amillərdən biridir.

Qeyd olunanları nəzərə alaraq çaşqınlığın aradan qaldırılması məqsədilə həmin saytların üzərinə müvəqqəti məhdudiyyətlər qoyulub. Bununla əlaqədar həmin domain sahibləri ilə görüşülüb, müzakirələr aparılıb. Bu cür halların baş verməməsi üçün həmin saytlarda Azərbaycan Respublikasının rəsmi elektron viza portalı “ASAN Viza” sistemi haqqında məlumat və elektron vizanın alınması üçün www.evisa.gov.az portalına keçidin yerləşdirilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Dolların məzənnəsi dəyişmədi

Dolların məzənnəsi dəyişmədi

ABŞ sakini lotereyada 760 milyon dollar udub

ABŞ sakini lotereyada 760 milyon dollar udub

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Sabaha olan hava

Sabaha olan hava PROQNOZU

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

"Qarabağ"ı Bakıda belə qarşıladılar- VİDEO

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Ermənistan ordusunda homoseksuallıq:

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur