Yenicag.Ru saytı fəaliyyətə başladı

Xəbərin çap versiyası
Tarix: 24-12-2016, 14:43    |    Xəbər oxunub: 202 dəfə
Yenicag.Ru saytı fəaliyyətə başladı “Yeniçağ Azərbaycan”ın tərkibində rus dilində fəaliyyət göstərəcək yeni sayt yayıma başlayır.

AFN xəbər verir ki, Yenicag.Ru domeni ilə fəaliyyət göstərəcək olan informasiya saytı rus dilinin əhatə etdiyi geniş oxucu auditoriyasını ən son, aktual və ətraflı materiallarla təmin etməyi hədəfləyir.

Yenicag.Ru saytı planetimizin hər bir guşəsində baş verən hadisələri, onların xülasəsini, informasiya və analiz şəkilində rusdilli auditoriyaya operativ şəkildə çatdıracaq. Avropa, Asiya, Türk dünyası, Yaxın Şərq və dünyanın digər bölgələrində baş verən maraqlı hadisələr haqqında öz oxucularına əhatəli məlumat verəcək. Bundan əlavə saytda zəngin elektron kitabxana bölməsi də mütaliə sevən oxucuların xidmətində olacaq.

Yenicag.Ru saytı bundan başqa Yaxın və Orta Şərq regionunda gedən hərbi-siyasi proseslərin düzgün işıqlandırılması, erməni diasporasının nəzarətində olan kifayət qədər tirajlı və populyar elektron KİV-lərin anti-Azərbaycan və anti-Türkiyə təbliğatına qarşı da bir lokomotiv rolunu oynayacaq.

Sayt Türk-İslam coğrafiyasında baş verənlərin düzgün işıqlandırılması, Türk-İslam dünyasına qarşı Qərbin imperialist qüvvələrinin apardığı amansız psixoloji-informasiya müharibəsinin qarşısının alınması üçün də mükəmməl konsepsiyaya malik bir informasiya resursu olacaqdır.

Qeyd edək ki, Yenicag.ru lahiyəsinin rəhbəri Aqil Ələsgər, redaktoru Qafqaz Ömərovdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur