Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub


Fəaliyyəti dayandırılan ANS TV-nin Vaşinqton bürosunun keçmiş rəhbəri, telejurnalist Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub

AFN xəbər verir ki, publika.az-ın mənbədən əldə etdiyi məlumata görə, bir neçə ay öncə Qənirə Ataşova Türkiyəyə səfər etmək istəyərkən, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılıb və ölkə xaricinə getməsi ilə bağlı qadağa qoyulması barədə ona məlumat verilib. Telejurnalistin Türkiyəyə səfər etmək üçün aldığı bilet isə ləğv edilib.

Xatırladaq ki, Qənirə Ataşova ANS-in Vaşinqton bürosunun rəhbəri olan zaman ABŞ-da “FETÖ” lideri Fətullah Güləndən müsahibə alması ilə gündəmə gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu