Wikipediya təlimlərində iştirak edən tələbələr sertifikata layiq görülüb

Xəbərin çap versiyası
Tarix: 26-12-2016, 17:55    |    Xəbər oxunub: 127 dəfə
Wikipediya təlimlərində iştirak edən tələbələr sertifikata layiq görülüb AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin tələbələrinə dekabr 2016-cı il tarixdə “Vikipediyanın kütləviləşdirilməsi” adlı təlimlər təşkil edilib.

MEK-in Sərbəst Elektron Resurslarla iş bölməsinin (SER) əməkdaşları tərəfindən bir ay müddətində həyata keçirilən təlimlərdə tələbələrə vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, Azərbaycan, rus və ingilis dillərində məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi öyrədilib. Təlimlərdə eyni zamanda vikipediyanın mənfi təsirləri və onun qarşısının alınması yolları da izah edilib. Daha sonra iştirakçılar qazandıqları bilikləri tətbiq edərək vikipediyada məqalələr yaradıblar.

Təlimin sonunda fərqlənən iştirakçılara Mərkəzi Elmi Kitabaxana tərəfindən sertifakatlar təqdim edilib.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru
loading...







Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz