Jurnalist Çingiz Sultansoy Almaniyadan sığınacaq istədi




Tanınmış jurnalist Çingiz Sultansoy mühacirətə gedib.

O, Almaniyaya gedib və sığınacaq almaq üçün müraciət edib. Vesti.az-ın məlumatına görə, jurnalist artıq qaçqınların ilkin sığınacağına – düşərgəyə yerləşib.

Ç.Sultansoy 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib.

90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub.

Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub.

O, həm də “Realnıy Azerbaycan” qəzetinin əməkdaşı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu