DİN-in mətbuat xidmətinə rəhbərlik Ehsan Zahidova tapşırıldı




Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası Ehsan Zahidova tapşırılıb.

“Report”un xəbərinə görə, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

"Həmin vəzifənin icrası mətbuat xidmətinin rəis müavini Ehsan Zahidova tapşırılıb", - deyə DİN-dən bildirilib.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin Fəxri fərmanı ilə təltif olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu