İranlı hakerlər cebhe.info, cumhuriyyet.biz və axcp.biz saytlarını dağıdıb




İranlı hakerlər tərəfindən cebhe.info xəbər portalı, “Cümhuriyət” qəzetinin internet ünvanı (cumhuriyyet.biz) və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (axcp.biz) saytlarına hücum edilib.

AFN xəbər verir ki, yanvarın ayının 25-də, gecə saatlarında baş verən kiber hücum nəticəsində saytların fəaliyyətində problemlər yaranıb. Saytların ana səhifəsində hücumun Peyman Siyahi adlı iranlı haker tərəfindən edildiyinə dair bildiriş yayılıb. Ələ keçirilmiş Cebhe.info və Cumhuriyyet.biz saytında hakerlər “İranlı hakerlər burada idilər” qeydini yazıblar.
Saytda həmçinin kiber hücumda iştirak etmiş digər şəxslərin e-mail ünvanları və adları (M@rAz Ali / MoHaMaD Vaker / Saman Aghdami / shayan 72 / karaji / alihack051 / satan666 /... peymansiyahi@gmail.com) qeyd edilib.

Hadisə ilə əlaqədar sayt və qəzetin rəhbərliyi Mətbuat Şurasını məlumatlandırıb, eləcə də kibercinayətkarlıq faktının araşdırılması üçün hüquq- mühafizə orqanlarına müraciət hazırlanır.

Hazırda İT mütəxəssisləri hər 3 saytın fəaliyyətinin bərpası istiqamətində çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu