Amerikalı jurnalist hər kəsi heyrətə gətirdi- VİDEO




“BBC Nort Amerika”nın jurnalisti Con Sopel Ağ Evdən apardığı bir reportaj zamanı tamaşaçıları heyrətə gətirən hərəkət edib.

Axar.az xəbər verir ki, reportaj zamanı qəfildən Sopelin əllərində əlcək görünüb. Bəzi sosial şəbəkə istifadəçiləri bunun zarafatcasına “sehrli tryuk” adlandırıblar.

“Con Sapel asudə vaxtlarında sehrbaz işləyir?”, - sosial şəbəkə istifadəçisi Rassel Coys yazıb.

Sopel özü sonradan əslində nə baş verdiyini açıqlayıb. Jurnalist bildirib ki, əvvəlcə onun əlində əlcək olub, lakin telefonu blokdan çıxarmaq üçün onları soyunmağa məcbur olub. Sonra isə yenidən geyinib.

“Mənə Trampın sitatlarndan biri lazım idi. Telefon blokda olduğu üçün əlcəkləri soyunub onu aktivləşdirdim”, - Sopel bildirib.

[media=https://www.youtube.com/watch?v=b91uJEPU840]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu