Mehman Hüseynovun məhkəməsi başladı




Bu gün Sabunçu rayon Məhkəməsində Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Ceyhun Qədimov sədrlik edib. Prosesdə vəkili Elçin Sadıqov məhkəmədən şikayətlə tanış olmadıqlarını əsaslandıraraq vaxt istəyib.

Hazırlıq iclası fevralın 17-ə təyin edilib.

Qeyd edək ki, Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu