"Azadlıq" qəzetinin redaktoru Baş Prokurorluğa çağrıldı




Bu gün "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Bu barədə “Azadlıq Radiosu"na jurnalistin özü məlumat verib.

R.Hacıbəylinin dediyinə görə, ona qəzetin fəaliyyəti və maliyyə məsələləri ilə bağlı ümumi suallar verilib. Fevralın 18-dən 20-nə kimi "Azadlıq" qəzetinin 6 əməkdaşı - İlham Hüseyn, Aytən Məmmədova, Elşən Şirinov, Vidadi Məmmədov, Xalid Qarayev və Fizzə Heydərova prokurorluqda müstəntiqin suallarını cavablandırmalı olmuşdu. "Azadlıq" qəzetinin əməkdaşları qəzetin kommersiya direktoru Faiq Əmirlinin həbsindən sonra istintaqa cəlb ediliblər. Onlar bundan əvvəl də F.Əmirlinin cinayət işi ilə bağlı dindiriliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu