MTRŞ-dan "FOX TV"-nin bağlanması ilə bağlı açıqlama




Milli Televiziya və Radio Şurası Türkiyənin “FOX TV” kanalının Azərbaycanda yayımının dayandırılması ilə bağlı qərar verməyib.

Bunu MTRŞ-nın sədr müavini Qafar Cəbiyev deyib. O qeyd edib ki, Şuranın “FOX TV”-nin yayımının dayandırılması ilə bağlı qərarı yoxdur. Onun sözlərinə görə, hər hansı kanalı yayımlayıb-yayımlamamaq kabel şəbəkəsi operatorlarının daxili işidir.

“Kabel şəbəkələrinə hər hansı kanalı yayımlayıb-yayımlamaq üçün heç kim müdaxilə etmir. Sosial şəbəkələrdə bizim adımızdan yayılan məlumatlar yalandır. Onlar özləri sosial şifarişdən asılı olaraq bu və ya digər kanalı öz paketlərinə daxil edə bilərlər və yaxud çıxara bilərlər. Bu, onların öz daxili işləridir”.

Qeyd edək ki, kabel şəbəkələri MTRŞ-nın göstərişinə əsasən, FOX Türk kanalının yayımı analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılması haqqında məlumat yayıblar. Məlumatda qeyd edilib ki, FOX Türk kanalı digər bir TV kanal ilə əvəz olunacaq. (azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu