Zeynab Kazımova işindən istefa verib




Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova vəzifəsindən istefa verib.

Bu barədə Z.Kazımova məlumat yayıb: “Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olaraq öz ərizəmlə işdən ayrıldım. İstefa etdiyim üçün bu gündən etibarən sözügedən ali təhsil müəssisəsi ilə bağlı sual, sorğu və müraciətlərinizi mənə ünvanlamamağı rica edirəm.
2014-cü ilin dekabrından 2017-ci ilin martınadək şöbə rəisi olaraq mənimlə əməkdaşlıq edən bütün media orqanlarının rəhbərlərinə və əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm! ADU-dan başladığımız və bu müddət ərzində bu qurumda davam etdirdiyimiz KİV-lə əlaqələri yeni bir müstəviyə çıxardaraq, sizinlə peşəkar əməkdaşlığımızı və səmimi dostluğumuzu davam etdirməyimizdən çox şadam.

İki ildən artıq müddətdə SOCAR ailəsinin üzvü olduğum üçün çox şadam. Bu müddət ərzində PR şöbəsinin səmərəli və peşəkat fəaliyyəti hamının gözlərinin önündə olub. BANM kollektivi mənim üçün əzizdir, burada çalışan zəhmətkeş sadə kollektivin hər bir üzvünə can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıram. Tələbələrə təhsildə və həyatda nailiyyətlər diləyirəm. Düşünürəm ki, mən öz missiyamı bu ali məktəbdə peşəkarlıqla yanaşı, vicdanla və ləyaqətlə yerinə yetirdim. Bu ali məktəbin ictimaiyyət arasında tanıdılması, nüfuzunun formalaşdırılması və qorunub saxlanması, ictimaiyyətlə, xüsusən KİV-lə əlaqələrinin qurulması, inkişaf etdirilməsi və bu əlaqələrin əməkdaşlığa çevrilməsi işi yüksək səviyyədə ortaya qoyuldu.

Bu müddət ərzində rəhbəri olduğum şöbə daim ali təhsil müəssisələrinin analoji qurumları içərisində ön sıralarda oldu. Bütün bunlar Azərbaycan cəmiyyətinin və ölkə mediasının gözü önündə baş verdi. Bu artıq tarixdir. Çox sevinirəm ki, quruculuğunun ilk illərində məhz ictimaiyyətlə əlaqələr sahəsində iki ildən artıq fəaliyyətimlə bu ali məktəbin tarixinə adım yazıldı, burada əməyim, zəhmətim var!”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu