Osman Gündüzdən deputata cavab: “Nə məhdudiyyət?!...”




“Sosial şəbəkələrdə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmək fikiri ilə razılaşmıram.”

Bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O, bu kimi təkliflərin səslənməsinə təəssüf etdiyini bildirib:

“Ölkə başçısı qeyd edib ki, internet azaddır. Düşünmürəm ki, indi bu kimi məhdudiyyətlərə ehtiyac var. Cəmiyyətin bütün nümayəndələri artıq internet həyatına inteqrasiya edib. İnternet bizim həyatımızın ayrılmaz bir həssəsidir. Təhsil, səhiyyə, dövlət ordadır. Cəmiyyətin bütün sahələri ordadırsa, düşünmürəm ki, hansısa giriş- çıxış üçün qaydaların müyyən edilməsi, yaxud hansısa məhdudlaşdırıcı addımların atılması düzgün olmaz.”

Osman Gündüz hesab edir ki, dövlətin, cəmiyyətin təhlükəsizliyi ilə bağlı problemlər var:

“Düşünmürəm ki, ölkə rəhbərliyi, yaxud da ayrı-ayrı siyasi xadimlərin fikiri belədir. Bununla bağlı bizdə yetərincə qanunlar var ki, bu məsələ tənzimləsin. Bu sahəyə cavabdeh olan qurumların özlərinin potensialı gücləndirilməlidir və peşəkarlığı artırılmalıdır.”

Osman Gündün sosial medianın rəhbərliyi ilə görüşməyin vacib olduğunu vurğulayıb:

“"Facebook", "İnstagram", "Twitter" və "Gooqle" şirkətlərinin rəhbərlərini Azərbaycana dəvət etmək lazımdır. Onlarla əlaqələri genişləndirmək daha düzgün olar, nəinki məhdudiyyət qoymaq.”

Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün parlamentin icalsında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında sosial şəbəkələrə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsinin zəruri olduğunu deyib.(aznews)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu