"Vikipediya"da məqalələrin sayı günü-gündən artırılmaqdadır




İnformasiya mübadiləsinin getdikcə daha sürətli hal aldığı bir dövrdə yaşayırıq. İnsanlar istədiyi məlumatı daha çevik və etibarlı formada əldə etməyə çalışırlar.Göstərilən ehtiyacları qarşılamaq üçün "Vikipediya"da məqalələrinin sayı günü-gündən artırılmaqdadır. Bu ensiklopediyanın zənginləşməsinə daha çox könüllülər öz töhfəsini verir.




Həmin könüllülərin fəaliyyətini sistemləşdirmək və daha etibarlı, faydalı və oxunaqlı məqalələrin hazırlanmasına kömək məqsədi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən sistemləşdirilmiş başlayaraq və sertfikatlaşdırılmış təlimlər təşkil olunur.“Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda təlimlər 2016-ci ilin aprel ayında başlayır. Təlimlər tamamilə pulsuzdur. Təlimlərdə elektron ensiklopediyada məlumatların və məqalələrin yaradılması prinsipləri, qaydaları və üsulları öyrədilir. Təlimlərlə yanaşı MEK-də Vikipediya ilə bağlı müntəzəm olaraq seminar, görüş, dəyirmi masa və başqa formatlarda tədbirlər təşkil edilir. Təlimlərdə iştirak etmək istəyənlər vikitelim@gmail.com elektron poçt ünvanına müraciət edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu