“Mumu”nu Turgenev yazıb, “Xəmsə”ni isə hər halda, mən yazmamışam”




Hüquqşunas Aslan İsmayılov Azadlıq.info saytına verdiyi videomüsahibədə Azinforum.az və Azpolitika.info saytlarını onu təhqir etməkdə və təxribata çəkmək istəməkdə günahlandırıb.



Qeyd edək ki, Aslan İsmayılov bu qalmaqlada tərəflərin biri olan “Emre Piliç” şirkətinə hüquqi xidmət göstərən nümayəndə rolunu oynayır. Yəni faktiki olaraq, öz peşəsinə aid olan işlə məşğuldur və bunun müqabilində pul qazanır. Buna etirazımız yoxdu, ola da bilməz. Belə olan təqdirdə, qanunları pis bilməyən hüquqşunas niyə başqalarının peşə fəaliyyətinə müdaxilə edir? Daha doğrusu, bizə necə informasiya siyasəti aparmağı diqtə etmək istəyir?

Qeyd edim ki, biz sayt olaraq bu qalmaqalla bağlı yayılan informasiya siyasətimizdə balansı qorumaqla, hər iki tərəfin fikirlərinə yer vermişik. Aslan İsmayılov saytımızda müvafiq axatrış versə bunun bir daha şahidi ola bilər. Təəssüflər olsun ki, belə obyektiv mövqeyimiz Aslan İsmayılovu qane etmədiyi üçün, bundan əvvəl də barəmizdə həqiqətə uyğun olmayan ifadələr səsləndirib. Bizim haqlı sualımız ola bilər ki, Aslan İsmayılov “Emre Piliç” şirkətinin sahibi Ömür Oralla Bakıda keçirdiyi mətbuat konfransına bu gün narızılıq ifadə etdiyi saytları niyə dəvət etməyib? Deməli, Aslan İsmayılov bu prosesdə alternativ mövqe, obyektiv araşdırma görmək istəmir. Buna baxmayaraq, biz sayt olaraq onun və hüquqlarını qoruduğu türk iş adamının konfransda səsləndirdiyi fikirlərə yer verdik. Görürsünüz, bizimlə Aslan İsmayılov arasında nə qədər fərq var? Bunun üçün sözdə deyil, əməldə dədemokrat olmalısan!

Qeyd edim ki, Aslan İsmayılovun bahalı otellərdən birində keçirdiyi konfransının ardınca, Mürvət Həsənli özünə məxsus məkanda mətbuat konfransı keçirdi. Dəvət olunduğumuz üçün iştirak etdik. Jurnalistin işi mətbuat konfransında səsləndirilən fikirləri yazmaq olduğu üçün, Aslan İsmayılovdan xüsusi icazə almadan bunu etdik. Aslan İsmayılovun özünün də ifadə etdiyi kimi, həmin mətbuat konfransı çoxlu sayda KİV-də işıqlandırılıb. Onlardan biri də biz olmuşuq. O halda Aslan İsmayılov niyə cəmi iki saytı onu provakasiyaya çəkməkdə günahlandırır? Cavab bizə aydındır. Çünki obyektiv informasiyanın verilməsi bəzi oyunları pozmuş olur. Aslan İsmayılovun nəzərinə bir faktı da çatdırmaq istəyirəm. Birdəfəlik qulağına sırğa etsin, Mürvət Həsənli adlı iş adamı ilə şəxsən mənim aramda olan münasibətlər elə də sıcaq deyil ki, bu qalmaqalda məxsusi olaraq “Xəmsə” sahibinin tərəfini saxlayım. İnanmırsa, bunu dostluq etdiyi özünə yaxın olan bəzi jurnalistlərdən soruşsun. Mütləq ona ətraflı məlumat verərlər.

Aslan İsmayılov deyir ki, biz onun ən həsas yerinin şərəf və ləyaqət olduğunu bildiyimiz üçün, məhz bu məsələdə üstünə gedirik. Çox maraqlı yanaşmadı. Hörmətli hüquqşunas bilməlidir ki, şərəf və ləyaqət yalnız onun üçün deyil, həmin məfhumun qədrini bilən hər bir adam üçün müqəddəsdir. Amma onu nəzərə alanda vacibdir ki, başqalarını təhqir etməyəən, adamlara böhtan atmayasan. Fikirləşməlisən ki, adekvat cavab ala bilərsən. Bunları bildiyimiz üçün biz heç vaxt kiminsə şərəf və ləyaqətini təhqi etmirik. Eyni zamanda, bunu peşə fəaliyyətimizə yaraşdırmırıq. Təəssüf ki, Aslan İsmayılovun oxucu sayı yüz minlərlə göstərilən facebook səhifəsində yazdıqlarına diqqət edək. Öz şəkilinin altındakı qeydlərində insanları təhqir edir, bəzi hallarda bu mətnlərdə söyüş elementlərindən də gen-bol istifadə edilir.

Aslan İsmayılovdan xahişimiz budur ki, kiminsə şərəf və ləyaqətini təhqir etmək səviyyəsinə enmiş adamlar olmadığımız üçün, bizimlə adekvat davranmağa çalışsın. Yazdığı statusları müəllifi olduğumuz məqalələrlə tutuşdursun və sonra barəmizdə səsləndirdiyi mülahzələrə görə bizdən üzr istəsin. Anlayıram ki, bunu hər adam özünə rəva görə bilmir, baxmayaraq ki, səhvini etiraf etmək qəbahət deyil. Ancaq hər halda, mən onu yazdığı yazılarda, səsləndirdiyi fikirlərdə sadaladığım prinsiplərə əməl etməyə çağırıram.

Məhəmmədəli QƏRİBLİ, “Azinforum.az” saytının baş redaktoru



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu