Supermarketinq-in “bazar”lığı, yoxsa reketçiliyin yeni ünvanı...- FOTO




Hər bir sivil cəmiyyətin formalaşmasında qanunun tətbiqi, hüquqların müdafiəsi ilə yanaşı insanların ictimai qınağı da böyük rol oynamaqdadır. İctimai qınaq adətən demokratik və inkişaf etmiş cəmiyyət üçün daha səciyyəvidir. Bu gün hər hansı bir məmur özbaşnalığı, sosial problemlər, narazılıqlar media vasitəsilə çox asanlıqla ictimailəşirsə bu artıq cəmiyyətdə bir uğur deməkdir.



Bu günlərdə facebook sosial şəbəkəsində marketlər haqqında müxtəlif yazıları, “araşdırma”ları, bazardakı “reytinqlər”i müəyyən etmək ilə gündəmə gəlməklə məşğul olan bir sayt rəhbərinin yazıları ilə rastlaşdım. Supermarketinq saytının özünə məxsus bir bazar müəyyən edərək “bazarlıq” etməsi ilə bir neçə dəfə elə mətbuatda rastlaşmışdıq. Lakin bu səfərki “bazarlığı” deyəsən çox olub.
Adətən birini reklam, digərini anti-reklam etməklə Azərbaycan Respublikasının Reklam Haqqında qanununun bir neçə maddəsini pozmaqla bu sahədə fəaliyyət göstərən iş adamlarının işgüzar nüfuzuna da ciddi təsir edir. Bu yol ilə də vaxtı ilə saytı vasitəsilə silsilə neqativ yazılar yazaraq həmin marketlər şəbəkələrinin sahiblərindən reklam alaraq onların bannerlərini verir və barələrində müsbət yöndə yazılar yazır. Reklam əməkdaşlıq adı ilə təkliflərinə razılaşmayan, saytına reklam verməyən marketlər şəbəkəsi isə bu sayt rəhbərliyinin hədəfinə çevrilir. Bunun isə bir adı var ki, o da şantajdır. İş adamlarını əməkdaşlığa təhrik etmək isə reketçilikdir. Saytın arxivinə nəzər saldıqda bunu aydın şəkildə görmək mümkündür. Qara piar siyasəti müsbət nəticə verdikdə isə yəni reklam aldıqda bir anın içində saytda o marketlər şəbəkəsi bütün reytinqlərdə öndə olur və arxivi “təzələnir”.
Saytın fəaliyyətini və facebook sosial şəbəkəsindəki paylaşımlarını yaxından izlədikdə saytın rəhbəri kimi özünü qələmə verən, əslində isə hüquqi tərəfdən o sayta heç bir aidiyyatı olmayan Tural Abdullayev adlı birisi Megastore marketlər şəbəkəsinin qeyri-rəsmi reklam və marketinq işlərini görən, media ilə əlaqələrini “tənzimləyən” birisi olduğu ortaya çıxır.
Bu günlərdə həmin saytın rəhbərinin facebook sosial şəbəkəsindəki profilindən paylaşımları doğrudan da tək o marketlər şəbəkəsi üçün deyil, bütün ictimaiyyət üçün təhqir hesab oluna bilər. Tural Abdullayevin Araz Marketlər Şəbəkəsi haqqında qərəzli yanaşması ilə ilk dəfə deyil rastlaşırıq. Bununla bağlı ötən il Mətbuat Şurası öz mövqeyini də bildirmiş və xəbərdarlıq etmişdir.
Ölkəmizdə 2 milyona yaxın istifadəçisi olan bir sosial şəbəkədə qeyri-etik, küçə söyüşləri ilə minlərlə insanı təhqir etmək üçün ən azından bu ölkənin qanunlarını ən yaxşı halda ayaq altına almalısan.
Bu şəxsin bir marketlər şəbəkəsinə qarşı bu qədər niftəti və qərəzli yanaşması kənardan sifarişli kimi də görünə bilər. Lakin bir həqiqət də ondan ibarətdir ki, şəxsi mövqe, hisslər və yanaşma heç bir halda insanların təhqir olunması ilə nəticələnməməlidir. Sayt rəhbəri bu günlərdə çıxıb profilinin sındırıldığını və o təhqirlərin onun tərəfindən yazılmadığını desə şaşırmaram. Bu tərz yaxşı üslüb olmasa da, bu gün özünü piarda aktivdir. Amma bayağı və köhnə üslübdur.
Ataların belə bir məsələ var: “Deyir igidi öldür amma haqqını yemə.” Araz Marketlər Şəbəkəsi bu gün ölkəmizdə olan ən iri marketlər şəbəkəsidir. İş olan yerdə, insan faktoru olan yerdə isə nöqsanlar qaçılmazdır. Ən əsası və önəmlisi isə ondan ibarətdir ki, Araz supermarketlər rəhbərliyi fəaliyyəti ilə bağlı hər hansı bir tənqidə, şikayətə və iradlara hər zaman açıq olub, dözümlü yanaşma nümayiş etdirib.
Avropa.info özünü sayt rəhbəri kimi təqdim edən, lakin sosial şəbəkələrdə ağlasığmaz söyüşlərlə “qara piar”la məşğul olan bu şəxsin statuslarının bir neçəsini təqdim edir. Öncədən oxucularımızdan üzr istəyirik. (avropa.info)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu