Qalmaqallı aparıcı "Space"dən getdi




Space TV-də yayımlanan “Təəccüb dairəsi” verilişinin aparıcısı işdən ayrılıb.

AFN “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər TV-nin keçmiş siması Sahibə Nəzərova 7 verilişdən sonra efirə çıxmaqdan imtina edib.

Məlumata görə,teleaparıcı proqramın rejissoru ilə qalmaqal yaşayıb. Hər iki şəxs arasında yaranan anlaşılmazlıq mübahisəyə çevirilib və gərginlik daha da artıb. Nəzərova bu olaydan sonra işdən ayrılıb.

Sahibə verilişdən ayrıldığını təsdiqləyib:

“Bütün əməkdaşlarla münasibətim əladır. Sadəcə olaraq verilişi çəkən şəxslə anlaşa bilmədik. Mənim kimi səbrli insanı özümdən çıxara bildilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu