Qulu Məhərrəmli yenidən efirdə...




Güney Azərbaycan Televiziyasında (GünAz TV) telejurnalist, professor Qulu Məhərrəlmlinin aparıcılığı ilə “Mətbuat aynasında” adlı yeni proqram yayımlanmağa başlayıb.

Proqramın ilk buraxılışında görkəmli şair Musa Yaqub və “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyevlə birgə mətbuat və cəmiyyət mövzusu müzakirə edilib.

Uzun hazırlıqlardan sonra peyk televiziyası ilə efirə çıxmış verilişdə ictimai-mədəni həyatımızın müxtəlif məsələlərinın mətbuatda əksi, çağdaş problemlər, tarix və milli düşüncə cərəyanları, ölkə mediasının durumu və s. məsələlər işıqlandırılacaq – deyə Q.Məhərrəmli öz Feysbuk səhifəsində məlumat verib. O bildirib ki, müzakirələrdə təkcə media təmsilçiləri yox, müxtəlif peşə sahibləri, tanınmış mütəxəssis-alimlər, o cümlədən siyasətçilər də iştirak edəcəklər.

Xatırladaq ki, 2004-cü ildə təsis olunmuş Güney Azərbaycan Televiziyası (GünAz TV) müstəqil media qurumudur və ABŞ-ın Çikaqo şəhərindən Hotbird (13 dərəcə Şərq) və Selstar (1215 dərəcə Qərb) peykləri ilə yayımlanır. Telekanalı Feysbukda gunaz.tv səhifəsindən də izləmək mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu