Əflatun Amaşov Ələsgər Süleymanova plaket təqdim etdi




MŞ sədri: ““Yeni Müsavat”ın yaşamasındakı əsas imzalardan biri Ələsgər Süleymanovundur”



Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov “Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanovu 45 yaşı münasibətilə xüsusi plaketlə təltif edib. Ötən həftə yubiley yaşını qeyd edən baş direktorumuzu həmin tarixdə xaricdə olduğu üçün təbrik edə bilməyən MŞ sədri qəzetimizə qonaq gələrək həm də bu jestini gerçəkləşdirdi.

Ə.Amaşov bildirdi ki, qəzetlərin yaşamasında, onların inkişafında “gizli qəhrəmanlar”ın rolu böyük olur. Onun sözlərinə görə, “Yeni Müsavat”ın yaşamasında, çətinlikləri geridə qoymasında rolu olan şəxslərdən biri də Ə.Süleymanov olub: “Əgər bu gün “Yeni Müsavat” bir media orqanı olaraq ayaqdadırsa, inkişaf edirsə, burada onun baş direktorunun rolu əvəzsizdir. Bu qəzetin səhifələrindəki imzalar arasında Ələsgər Süleymanov imzası olmasa da, onun inkişafında, yaşamasındakı əsas imzalardan biri də ona aiddir”.

Ə.Süleymanov da öz növbəsində Ə.Amaşovun timsalında onun rəhbəri olduğu Mətbuat Şurasına bu incə jesti üçün təşəkkür etdi: “Bu, mənim aldığım ən dəyərli hədiyyələrdən biridir. Verdiyiniz qiymətə və diqqətinizə görə bir daha çox sağ olun deyirəm”. (musavat.com)





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu