Murad Köhnəqala kirpi.info-nun redaktoru oldu




AzVision.az saytlar qrupuna daxil olan Kirpi.info karikatura saytına yeni redaktor təyin olunub. Bu, satirik qələmi ilə yaxşı tanınan Murad Köhnəqaladır.

Qeyd edək ki, saytın əvvəlki redaktoru, tanınmış şair Aqşin Yenisey Türkiyəyə köçməsilə əlaqədar olaraq, redaksiyadakı işinə davam edə bilməyib.

Murad Köhnəqala Azərbaycanda məşhur imzalardandır. O, həm köşə yazarı, həm də şair kimi kifayət qədər tanınır.

Murad Köhnəqala bildirib ki, Kirpi.info-nun redaktorluğu onun üçün xeyli maraqlı işdir: “Oxuculara söz verirəm ki, sayt çox maraqlı və gülməli olacaq. İzləyin, görəcəksiniz”.

Qeyd edək ki, Kirpi.info - ölkədə yeganə karikatura saytıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu