AFN.AZ / Wikipediya təlimlərində iştirak edən tələbələr sertifikata layiq görülüb

Wikipediya təlimlərində iştirak edən tələbələr sertifikata layiq görülüb

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetinin tələbələrinə dekabr 2016-cı il tarixdə “Vikipediyanın kütləviləşdirilməsi” adlı təlimlər təşkil edilib.

MEK-in Sərbəst Elektron Resurslarla iş bölməsinin (SER) əməkdaşları tərəfindən bir ay müddətində həyata keçirilən təlimlərdə tələbələrə vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, Azərbaycan, rus və ingilis dillərində məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi öyrədilib. Təlimlərdə eyni zamanda vikipediyanın mənfi təsirləri və onun qarşısının alınması yolları da izah edilib. Daha sonra iştirakçılar qazandıqları bilikləri tətbiq edərək vikipediyada məqalələr yaradıblar.

Təlimin sonunda fərqlənən iştirakçılara Mərkəzi Elmi Kitabaxana tərəfindən sertifakatlar təqdim edilib.
26-12-2016, 17:55
Geri qayıt