Azərbaycan Dillər Universitetində yeni təyinat


Azərbaycan Dillər Universitetində yeni təyinat olub.

AFN.az xəbər verir ki, universitetin İctimaiyyələ əlaqələr şöbəsinə Şəfaqət Kazımova təyin edilib. Universitetin rektoru Səməd Seyidov bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Ş.Kazımova 2009-cu ildən, ADU-da İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsi yaranan vaxtdan burada çalışır. Məsul katib, sonra böyük redaktor vəzifəsində çalışan Şəfaqət Kazımova 2014-cü ildə şöbənin statusu genişləndirilərək İctimaiyyətlə əlaqələr Departamenti yaradıldıqdan sonra sözügedən Departamentin mətbuatxidməti bölməsinə rəhbərlik edib. Dekabr ayından isə, Ş.Kazımova ADU-nun İctimaiyyətlə əlaqələr Departamentinin mudir əvəzi kimi fəaliyyət göstərirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu