Əlikram Hümbətovun bacısı oğlu yol qəzasında öldü


Lənkəranda baş verən ağır yol-nəqliyyat qəzasında özünü separatçı “Talış-Muğan Respublikası”nın "rəhbər"i elan etmiş Əlikram Hümbətovun bacısı oğlu ölüb.

Hadisə mayın 3-də Ələt-Astara magistralının Lənkəranın Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Lənkəran sakini Zamiq Mehman oğlu Səfərovun idarə etdiyi “MİTSUBİSHİ" markalı minik avtomobili ilə eyni istiqamətdə hərəkət edən Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Raqib Ramiz oğlu Səfərovun velosipedi ilə toqquşub.

Raqib Səfərov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.(ANS)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu