Gürcüstan və Ukrayna da saxta seçkiləri tanımır


“Rəsmi Tbilisi Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən "parlament seçkiləri"nin nəticələrini tanımır”.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlikdən bildiriblər ki, "parlament seçkiləri"nin legitim əsası yoxdur: “Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir. İşğal olunmuş ərazilərdə keçirilən "seçkilər" beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Gürcüstan XİN ümid edir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək".

Rəsmi Kiyev də Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni tanımadığını bəyan edib "Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımır və qeyri-legitim hesab edir". APA-nın məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu “seçkilər”in hüquqi nəticəsi ola bilməz: "Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir”. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu