Kolumbiyadan Azərbaycana Qarabağ dəstəyi
Milli Məclisdən verilən məlumata görə, Z. Əəsgərov görüşdə bildirib ki, Azərbaycan iqtisadi inkişafına görə və tolerantlıq baxımından regionda lider dövlətdir, bu məsələlər forumda geniş müzakirə olunacaq və iştirakçılar Azərbaycanı daha yaxından tanıyacaqlar.
O qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətləri daha da inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaq üçün potensial kifayət qədərdir. Söhbət zamanı Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumat verib.
Kolumbiya Senatının vitse-prezidenti Daira de Yezus Galvis Mendes bildirib ki, Kolumbiyada Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdırlar, Azərbaycanı yaxşı başa düşürlər və onunla həmrəydirlər: “Çünki Kolumbiya da münaqişələrdən və məcburi köçkün problemindən çox əziyyət çəkmiş ölkədir”.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da müzakirələr aparılıb.