Məmmədyarov erməni nazirlə görüşəcək


Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə prezidentlərin yaxın vaxtlarda görüşünü təşkil edilməsi imkanını müzakirə edəcək.

AzVision.az xəbər verir ki, bu barədə Minsk qrupunun həmsədrlərinin regiona səfərinin yekunlarına dair yaydığı bəyanatda bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın mümkün görüşü barədə müzakirələr ATƏT-in xarici işlər nazirlərinin Hamburqda keçiriləcək iclasında müzakirə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu