Ermənilər döyüş postlarına çıxmaqdan imtina edirlər


Bir qrup erməni hərbçisi döyüş mövqelərinə çıxmaqdan boyun qaçırır.

Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrindən birində müqavilə əsasında xidmət edən bir qrup hərbi qulluqçu ön xətdəki döyüş mövqelərinə çıxmaqdan boyun qaçırıb.

Erməni hərbçiləri bunun səbəbini müqavilə əsasında onlara çatacaq pulların vaxtında ödənməməsi ilə izah ediblər. Yerli komandanlıqla görüşmək istəyən hərbçilər qısa bir müddətdə maliyyə problemləri həll olunmayacağı təqdirdə ümumiyyətlə hərbi hissəni tərk edərək Yerevana yollanacaqlarını bildiriblər.

Məlumatda o da vurğulanır ki, hətta dekabr ayının 29-da Albert Calalyan adlı hərbi qulluqçu ordu sıralarında hökm sürən özbaşınalıqdan bezərək müqavilə üzrə xidmət müddəti bitməmişdən əvvəl tərxis edilməsi barədə məhkəməyə müraciət edib.

Onu da qeyd edək ki, bu yaxınlarda erməni mətbuatı Vayotszor vilayətinin Areni kəndinin sakini, müqavilə əsasında xidmət edən Sevak Simonyanın səhhətində yaranmış ciddi problemlə bağlı döyüş mövqeyinə getməkdən imtina etməsi ilə əlaqədar xəbər yaymışdı. Bildirilirdi ki, Ermənistan ordusunun rəhbərliyi bunu əsas gətirərək S.Simonyana çatacaq məvacibi ona ödəməkdən imtina edib. (milli.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu