Qənirə Paşayevadan Makedoniyanın Türk kökənli millət vəkillərinə Xocalı çağırışı

Xəbərin çap versiyası
Tarix: 5-01-2017, 17:12    |    Xəbər oxunub: 137 dəfə
Qənirə Paşayevadan  Makedoniyanın Türk kökənli millət vəkillərinə Xocalı çağırışı Millət vəkili Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahimlə görüşüb.

Şair-yazar, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Türk dünyasının tanınmış aydınları Şəmşəddin Kuzəçi, Güllü Qərənfilin də iştirak etdiyi görüşdə Enes İbrahimi yenidən millət vəkili seçilməsi münasibəti ilə təbrik edən millət vəkili Q.Paşayeva "Azərbaycana böyük məhəbbətlə yanaşan dəyərli bir Türk ziyalısının Makedoniya parlamentində təmsil olunmasından çox şadıq və sizin Azərbaycan-Makedoniya münasibətlərinin inkişafı istiqamətində böyük işlər görəcəyinizə inanırıq" deyib. Görüş və fikir mübadiləsi zamanı millət vəkili Q. Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarını, qondarma erməni soyqırımı yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Q.Paşayeva Enes İbrahimin Xocalı Soyqırımı faciəsinin 25 illiyi ərəfəsində onun tanınmasınin vacibliyi məsələsini Makedoniya Parlamentində qaldıracağına və Qarabağ problemini davamlı olaraq gündəmdə saxlayacağına inandığını deyib. Azərbaycanı çox sevdiyini deyən Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahim Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin yayılması istiqamətində, Qarabağ problemi, Xocalı soyqırımı mövzularının Makedoniya parlamentində davamlı olaraq gündəmə gətirilməsi iatiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib. Enes İbrahim həmçinin Azərbaycanın da Makedoniya dövləti ilə yanaşı burada yaşayan türklərlə əməkdaşlığı daha da genişləndirəcəyinə inandığını və bu istiqamətdə böyük imkanların olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə konkret düşüncələr ətrafında müzakirələr aparılıb. Görüşün sonunda Qənirə Paşayeva Makedoniya Türk Hərəkat Partiyasının üzvü, millət vəkili Enes İbrahimə Azərbaycan həqiqətləri ilə bağlı materialları təqdim edib.

Qənirə Paşayevadan  Makedoniyanın Türk kökənli millət vəkillərinə Xocalı çağırışı

Qənirə Paşayevadan  Makedoniyanın Türk kökənli millət vəkillərinə Xocalı çağırışı

Qənirə Paşayevadan  Makedoniyanın Türk kökənli millət vəkillərinə Xocalı çağırışı



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur