"Ermənilərin bizdə yüzlərlə meyiti qalacaq"- icma rəhbəri

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 18:31    |    Xəbər oxunub: 302 dəfə
"Şəhid əsgərimizin nəşinin qaytarılması ilə bağlı Azərbaycan dövləti işlərini davam etdirir".

Bunu Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

İcma rəhbəri bildirib ki, ermənilər tərəfindən bir neçə dəfə belə hərəkət olunub: “Bu hərəkətlər ermənilərin xislətində, kökündə, qanında var. Ermənilər düşünmürlər ki, sabah onların da yüzlərlə meyiti bizdə qalacaq. Sözsüz ki, bu cür hərəkətlər yolverilməzdir”.

B.Səfərov qeyd edib ki, ölkə rəhbərliyi səviyyəsində və aidiyyatı qurumlar tərəfindən şəhid əsgərin nəşinin geri alınması istiqamətdə danışıqlar davam edir: “Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq cənab Prezidentin rəhbərliyi altında görülən işlərə qoşuluruq və dəstək oluruq. Biz fəxr edirik ki, Ali Baş Komandanımız bütün bu proseslərə böyük diqqət yetirir”.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyiti düşmən nəzarətindəki ərazidə qalıb.

Meyitin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib. Çağırışlara baxmayaraq, Ermənistan tərəfi beynəlxalq hüququnun normalarını kobud şəkildə pozaraq şəhidin nəşini geri qaytarmır. (azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qurban Qurbanov:

Qurban Qurbanov: “Ağır oyun oldu, vacib xal qazandıq”

Salyanda naməlum avtomaşının vurduğu 7 yaşlı uşaq ölüb

Salyanda naməlum avtomaşının vurduğu 7 yaşlı uşaq ölüb

İlham Əliyev:

İlham Əliyev: “Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir”

“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

Rəsmi Bağdad Kərkükdə neft hasilatını artıracaq

Rəsmi Bağdad Kərkükdə neft hasilatını artıracaq

Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

"Qarabağ"ın azarkeşləri üçün avtobuslar ayrıldı

Prezident beynəlxalq tədbir iştirakçılarını qəbul edib

Prezident beynəlxalq tədbir iştirakçılarını qəbul edib

MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

DTX dini icmalarda yoxlama aparıb

DTX dini icmalarda yoxlama aparıb

Nazirlikdən təkzib:

Nazirlikdən təkzib: “Əlillərlə bağlı layihə müzakirə olunmur”

Azərbaycan-Avstraliya biznes forumu keçirilib

Azərbaycan-Avstraliya biznes forumu keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur