Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?- BQXK açıqladı

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 18:05    |    Xəbər oxunub: 176 dəfə
Ermənistan əsgərimizin meyitini niyə qaytarmır?- Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş hadisə zamanı həlak olan azərbaycanlı əsgərlə bağlı münaqişə tərəfləri ilə iki tərəfli dialoqu davam etdirir.

Bu barədə APA-ya açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

İ. Hüseynova prosesin yubanmasının səbəblərini də açıqlayıb: “Biz başa düşürük ki, Ermənistanda hadisə ilə bağlı istintaq gedir. Buna baxmayaraq, meyit ailəyə mümkün qədər tez qaytarılmalıdır. Biz meyitin təhvil verilməsində neytral vasitəçi kimi yardımçı olmağa hazırıq”.

Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.

Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qurban Qurbanov:

Qurban Qurbanov: “Ağır oyun oldu, vacib xal qazandıq”

Salyanda naməlum avtomaşının vurduğu 7 yaşlı uşaq ölüb

Salyanda naməlum avtomaşının vurduğu 7 yaşlı uşaq ölüb

İlham Əliyev:

İlham Əliyev: “Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir”

“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

“Qarabağ” Çempionlar Liqasında ilk xalını qazandı

Rəsmi Bağdad Kərkükdə neft hasilatını artıracaq

Rəsmi Bağdad Kərkükdə neft hasilatını artıracaq

Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

"Qarabağ"ın azarkeşləri üçün avtobuslar ayrıldı

Prezident beynəlxalq tədbir iştirakçılarını qəbul edib

Prezident beynəlxalq tədbir iştirakçılarını qəbul edib

MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

DTX dini icmalarda yoxlama aparıb

DTX dini icmalarda yoxlama aparıb

Nazirlikdən təkzib:

Nazirlikdən təkzib: “Əlillərlə bağlı layihə müzakirə olunmur”

Azərbaycan-Avstraliya biznes forumu keçirilib

Azərbaycan-Avstraliya biznes forumu keçirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur